Qəbələdə 16 yaşlı qız xəstəxanada dünyasını dəyişdi

HADİSƏ 28 iyun 2025, 12:29
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb. Yeniyetmə xəstəxanada əməliyyat olunandan üç gün sonra vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 16 yaşlı rayon sakini Məleykə Məmmədova bir neçə gün əvvəl Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Yeniyetmə gənc ilkin müayinədən keçib və həkimlər onda boğaz ətinin mövcudluğunu, bir sıra narahatlıqlar yaratdığını aşkar ediblər.
Məlyekə Məmmədova ailə üzvlərinin razılığı əsasında əməliyyat olunub. Lakin əməliyyatdan üç gün sonra onun vəziyyəti anidən kəskinləşib. Həkimlərin bütün tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top