Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi

HADİSƏ 28 iyun 2025, 10:42
Gəncə şəhərində 50 yaşlı qadın sirkə turşusu içib.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib. İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top