Sumqayıtda şəhərində 49 yaşlı kişi ilə qeyri-rəsmi münasibətdə olduğu qadının arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 7 noyabr 2024-cü ildə Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsində baş verib.
Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Mətləb həmin gün saat 11 radələrində qəsəbədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi nigah münasibətində yaşadığı Mahirə (adlar şərtidir – red.) ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əl zərbələri ilə onu vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sonra bıçaqla vurub.
Hadisəni törədən Mətləbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qəsəbədə yerləşən fərdi evdə qeyri-rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Mahirə ilə birlikdə yaşayıb: “Mahirə ilə 2013-cü ildən qeyri-rəsmi olaraq evlənmişik, birgə nikahlarımızdan övladlarımız olmayıb. Münasibətlərimiz əvvəllər normal olub. Lakin sonradan Mahirənin psixoloji durumunda problemlər yarandı. Mahirə məni qısqandı, qonşulara mənimlə əlaqədə olmasını bildirib, bizi narahat edib. Bu səbəbdən son 3-4 ay ərzində mütəmadi olaraq aramızda münaqişələr baş verdi. Mahirə müalicə olunması üçün müalicə mərkəzinə yerləşdirmək istəsəm də, rəsmi nikahlarımız olmadığı üçün müraciətimi qəbul etmədilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 7 noyabr 2024-cü ildə saat 11 radələrində yenə birgə yaşadıqları evdə olan zaman Mahirə gecə ona yuxu dərmanı verərək yatırdığını, sonra hansısa xanımla görüşməsini bildirib onunla əsassız olaraq mübahisə etməyə başlayıb: “Mən dəfələrlə ona sakitləşməsini, belə bir şeyin olmadığını desəm də, Mahirə mənim sözlərimə məhəl qoymadı. Mən əsəbiləşdiyim üçün əsəbi halda əlim ilə Mahirənin başına, sifətinə vuraraq onu sakitləşdirmək istədim. Lakin, Mahirə sakitləşmədi və mənim ünvanıma nalayiq sözlər deməyə davam etdiyi üçün özümdən çıxaraq masanın üzərində olan mətbəx bıçağın götürdüm, həmin bıçaqla Mahirənin ayağına 1 dəfə zərbə vurdum. Mahirə səsini kəsməsini, daha məni biabır etməməsini dedi. Sonra isə əsəbi halda evdən çıxaraq getdim. Sonradan eşitdim ki, Mahirə polis bölməsinə gedərək mənim barəmdə şikayətçi olub”.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, Mahirə ilə aralarında olan mübahisənin səbəbi onun psixolji problemlərinin olması və onu camaat içində biabır etməsi, əsassız olaraq hər gün onunla mübahisə edib, onu əsəbləşdirməsi olub: “Mahirə ilə aramızda baş verən mübahisə təxminən 7-8 dəqiqə davam etsə də, bizim mübahisəni heç kim görməyib. Mahirəyə vurduğum ziyanı ödəmişəm, onunla barışmışam”.
Zərərçəkmiş qismində ifadə verən Mahirənin sözlərinə görə, əri Mətləblə münasibətləri əvvəllər normal olsa da, təxminən 3-4 aydır ki, Mətləbin başqa qadınla münasibətdə olmasını müəyyən edəndən sonra aralarında bu məsələ ilə bağlı tez tez narazılıqlar olub və Mətləb bir neçə dəfə onu döyüb: “Lakin, mən Mətləb barəsində heç vaxt şikayətçi olmamışam və ya şikayət etsəm də, sonradan onu bağışlamışam”.
Zərərçəkmişin ifadəsinə görə, sonuncu dəfə saat 11 radələrində birgə yaşadıqları evdə olan zaman Mətləbə nə üçün ona xəyanət etdiyini bildirib: “Mətləbə etdiyi hərəkətin ayıb olmasını dedim. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı Mətləb məni döydü. Mən Mətləbin yaşadığı xanımın ünvanına nalayiq sözlər dediyim üçün o, daha da aqressiv oldu və mətbəx bıçağını götürərək sağ ayağımın bud nahiyyəsinə 1 dəfə zərbə vuraraq mənə xəsarət yetirdi. Bundan sonra evdən çıxaraq polis bölməsinə getdim və Mətləbin məni döyərək xəsarət yetirməsini bildirdim, onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mətləbin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az