"Sosial platformalar istifadəçinin azyaşlı olmasını bir çox səbəblə müəyyən edə bilirlər. Davranış analizi, profil şəkli analizi, valideyn nəzarətində olan cihazlardan gələn trafik və.s kimi səbəblər mövcuddur. Məxfilik qaydalarına əsasən istənilən insanların şəkil və məlumatlarının toplanması qadağandır".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.
O bildirib ki, azyaşlılara bilərəkdən zərərli kontentlərin göstərilməsi məsələsi də ciddi iddalar var:
"Alqoritmlər bizim maraqlarımıza uyğun paylaşımları qarşımıza çıxarır. Bu da sensassialı videoların bəzən çox yayılmasıma səbəb olur. Uşaqlar üçün "filter" olmadıqda zərərli kontentlərə çevrilmə halı olur. Məsələn, ABŞ və Avropa Birliyində bütün bunlar ciddi sorğu-sual olunur. Bir neçə il öncə "YouTube" azyaşlılara reklam hədəfləmə səbəbilə 170 milyon dollar cərimə olundu. Platformalar texniki olaraq uşaq istifadəçiləri tanıyır. Ailələr üçün valideyn nəzarət alətləri daha çox əlçatan olmalıdır. Tənzimləyici qurumlar fəaliyyət göstərməlidir. Yaş təsdiq sisteminin olması məsələni həll etmək üçün daha effektiv olar".
Qeyd edək ki, valideynlər telefonları övladlarının əllərində olduğu zaman qarşılarına daha çox zərərli paylaşımların çıxdığını iddia edirlər.
Əfsanə Kamal
Demomrat.az