Gələn il üçün ehtiyac meyarı məlum olub.
Demokrat.az-ın xəbərinə görə, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.
Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çox olacaq.(Apa)


