YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Ardıcıl 3 gün iş olmayacaq

Ardıcıl 3 gün iş olmayacaq

Azərbaycan Respublikasının İstehsalat Təqviminə əsasən noyabr ayında iş qrafikindən asılı olaraq beşgünlük rejimdə çalışanlar 11 gün, altıgünlük rejimdə işləyənlər isə 7 gün evdə olacaqlar.

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar beşgünlük iş həftəsində çalışanlar noyabrın 7-dən 10-dək ardıcıl dörd gün işə getməyəcəklər. Çünki Zəfər Günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən növbəti gün qeyri-iş günü hesab olunur. Altıgünlük iş rejimində çalışanlar isə şənbə günü işlədikləri üçün noyabrın 8-dən 10-dək ardıcıl üç gün istirahət edəcəklər.

Noyabr ayının digər şənbə və bazar günləri (1, 14, 15, 21, 22, 28 və 29 noyabr) də adi istirahət günləridir.

Editor
Redaktor