“AYNA tərəfindən daşıyıcılara səlahiyyətlərində olan xətlərin nizamlı fəaliyyəti, sərnişindaşıma qaydalarına riayət edilməsi və avtobus parkının yenilənməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir. Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər də verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətti müsabiqəyə çıxarılır”.
Bu barədə Demokrat.az-a AYNA-dan bildirilib. Məlumata görə, müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır:
“AYNA tərəfindən keçirilən müsabiqənin məqsədi sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasını təmin etməkdir.
2024-cü ildə 11 marşrut üzrə 154 avtobus yenilənib. Yenilənən marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir. COP-29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir”.
Qurumdan verilən məlumata görə, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Həmçinin yaxın zamanlarda avtobusların yerli istehsalına başlanılacaq.
Cavidan Mirzəzadə
Demokrat.az