Professor: "Türkiyə Maarif Vəqfi Gəncədə yeni məktəb tikəcək"

GÜNDƏM 19 may 2025, 15:10
"Türkiyə Maarif Vəqfi (TMV) 2016-cı ildə qurulduğu gündən etibarən 55 ölkədə fəaliyyət göstərərək təhsil sahəsində mühüm layihələr həyata keçirir. Azərbaycanda isə TMV Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir təhsil metodologiyalarını tətbiq edərək yerli və beynəlxalq tələbələrə yüksək keyfiyyətli təhsil imkanları təqdim edir".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Maarif Vəqfinin idarə heyətinin üzvü, professor Mehmet Özkan deyib.

O bildirib ki, Gəncədə yeni məktəb açmaq layihəsi üzrə iş gedir:

"Dünyanın 55 ölkəsində 485 məktəbdə 70 mindən artıq şagirdimiz təhsil alır. Lakin bizim üçün ön sırada Azərbaycandır. Türkiyə Maarif Vəqfi olaraq Türkiyə ilə Azərbaycan arasında ortaq dəyərlərin gücləndirilməsi üçün əlimizdən gələni edirik. Təhsil isə burada əsas vasitələrdən biridir".

"Məktəblərimizdə təhsil alan şagirdlər üçün əsas avantajlardan biri də budur ki, onlar Türkiyədəki universitetlərdə ali təhsillərini davam etdirə bilərlər. Dövlət universitetlərində isə bu təhsili ödənişsiz davam etdirmək imkanları var", - deyə professor vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2025, 17:49
Top