"Məktəblərdə olan boşluqlar şagirdləri kriminal aləmə meyilli edir" — AÇIQLAMA

GÜNDƏM 19 may 2025, 17:27
"Uşaqların ilk sosial mühiti ailədir. Məktəb yaşda artıq ailər uşaqlara nəzarət etməməyə başlayırlar. Gənclərin kriminal aləmə maraq göstərməsinin əsas səbəbi sosial şəbəkələrdə bu tip insanların reklam olunmasıdır. Ailərin bir çoxu övladlarını məktəbə göndərdikdən sonra dost çevrəsi ilə maraqlanmırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

Psixoloq bildirib ki, təhsil orqanları da bu məsələdə rol onayır:

"Məktəblərdə kəskin psixoloq çatışmazlığı var. Pedaqoqlar psixoloq kimi fəaliyyət göstərirlər. Bu, düzgün deyil. Məktəb psixoloqları çox zaman öz işlərini tam və düzgün yerinə yetirmirlər. Hər sinifdə "mobbing", "bulling" baş qaldırır. Kriminal aləmə meyl edən uşaqlar özlərini sayılıb seçilən hesab edirlər, digərlərini əzirlər. Kiçik yaşdan hər sinifdə psixoloji qrup dərsləri keçilsə, fərdi terapiyalara, valideynlərlə görüşə üstünlük verilsə, testlər aparılsa bunun qarşısını almaq mümkün olar. Məktəblərdə bunlarla bağlı xüsusi boşluqlar var".

Onun sözlərinə görə, son günlərdə eşitdiyimiz dəhşətli hadisələrdə uşaqlardan daha çox valideynlərin, müəllimlərin, məktəb direktorlarının işində boşluqların günahı var:

"Faciələrin qarşısını ala bilməsək də, minimuma endirə bilərik. Məktəblərdə ən az 2 psixoloq fəaliyyət göstərməlidir. Təhsil Nazirliyinə şagirdlərlə yanaşı müəllimlərin də psixoloji durumları ilə bağlı rəy verilməlidir. Bir müəllim yaxşı pedaqoq olsa da, insani olaraa şagirdlərlə düzgün davranmaya bilər. Valideynlər övladlarının sosial şəbəkə hesablarına nəzarət edib bilməlidir ki, övladı nələrə maraq göstərir. Hər azyaşlının içində enerji var"

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top