"Azərbaycan dünyanın ailə institutunda milli, mənəvi dəyərlərə önəm verən xalqlarından və dövlətlərindən biridir. Hazırda dünyada baş verən ciddi problemlər arasında ailə institutunun zəifləməsi yer alır. Dünyada əhali sayının artımı əsasən Afrika, Asiya, Latın Amerikası ölkələri üzərinə düşür. Azərbaycan hələlik ciddi problem hiss olunmasa da, dünyaya gələn uşaqların cinsiyyəti hesabında balans olmadığını görürük".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
Deputat bildirib ki, 2020-ci ildən bu yana uşaqların cinsiyyəti arasında rəqəm nisbətində 47-53% arasında dəyişim olur:
"Doğulan uşaqlar içərisində faiz çoxluğu oğlanlar üzərindədir. Bu məsələdə bir çox səbəblər rol oynayır. Erkən abortlar, oğlan uşaqlarının nəslin davamçısı kimi görmək və.s problemlər bu məsələdə rol oynayır. Təəssüf ki, selektiv aborta görə statistikada Azərbaycan ilk sıralarda yer alır. Bununla bağlı dövlətin nəzarəti olsa da, problemlər davam edir. BMT-nin Əhali Fondunun bu barədə açıqlamaları var. Azərbaycanda olan nisbət fərqi dəyişməsə, 2050-ci ilfə bu fərq kəskin artacaq. Bu, arzuolunan deyil. Hər birimiz bilirik ki, ailədə qız və oğlan nisbəti bərabərliyə və dövlətin sosial dayağına çevrilir. Dövlət bununla mübarizə aparsa da, qanundankənar vasitələrlə qız uşaqlarının abortu baş tutur. Bu məsələ ilə mübarizə aparmaq hər birimizin borcudur".
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında doğulan 15 min 971 körpənin 53,8 faizi oğlan, 46,2 faizi isə qızdır.
Əfsanə Kamal
Demokrat.az