Mövsümi allergiya üçün hansı tədbirlər görülməlidir? — Həkimdən MƏSLƏHƏT

GÜNDƏM 19 may 2025, 15:33
"Bütün fəsil dəyişmələrində orqanizmlərdə təlatümlər olur. Xüsusilə qışdan fəslindən yaz fəslinə keçən zaman orqanizmdə ciddi dəyişikliklər baş verir. Canlı təbiət oyandığı kimi insan orqanizmi də dəyişikliyə məruz qalır. Sinit sistemi xəstəlikləri- nevroz, stress, depressiya, allergik xəstəliklərin, mədə-bağırsaq xorasının kəskinləşməsi müşahidə edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:

O bildirib ki, Sovet dövründə mədə-bağırsaq xorası olan xəstələrə müalicəni yaz və payız fəsli aylarında aparmaq tövsiyyə edilirdi:

"Hazırda bu problemlər baş qaldırıb. D vitamini, maqnezium yetməzliyi halları çox geniş yayılıb. Qışın sonuna yaxın insanlar vitamin qəbul etməli yanaşı xəstəliklər varsa, müalicə almalıdırlar. Bəzi şəxslərdə bitki tozlarına, çiçəklərə qarşı allergiyalar olur. Bu allergiyalar burnun axması, çox sayda asqırma, ümumi şişmə ilə müşahidə olunur. Müxtəlif önləyici tədbirlər üçün hər kəs öz həkimi ilə məsləhət etməlidir. Bütövlükdə bu təlatümlərə hazır olmaq lazımdır. Xroniki xəstəliklər üçün önləyici tədbirlər mütləqdir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2025, 17:49
Top