"Bu əməkdaşlıq iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq" — RƏY

DÜNYA 16 may 2025, 19:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş olub. 

Politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Suriyada dövlət quruculuğu prosesi yeni və strateji bir mərhələyə qədəm qoyur:

“Beynəlxalq sanksiyaların aradan qaldırılması perspektivi ölkədəki mövcud hakimiyyətin möhkəmlənməsinə və xarici müdaxilələrin qarşısının alınmasına şərait yaradacaq. Suriyada hazırkı rejimi dəstəkləyən əsas qüvvələr Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ-nın razılığı və dəstəyi ilə bu ölkədə sabit və davamlı dövlət strukturlarının qurulmasına yönəlik fəaliyyətlərini daha da gücləndirəcəklər. Bu proses eyni zamanda Türkiyənin Yaxın Şərqdəki geosiyasi rolunu daha da möhkəmləndirəcək. Digər tərəfdən, bu əməkdaşlıq ABŞ və Türkiyə arasında strateji tərəfdaşlığın inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Ortaq maraqlara əsaslanan bu əməkdaşlıq iki ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoya bilər”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top