Bakının Xəzər rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Hadisə onların birgə yaşadıqları evin həyətində baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Nadir atası Əfqan ilə ailə məişət zəminində mübahisə edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, mübahisə zamanı Nadir atasını qəsdən vuraraq ona boynun nöqtəşəkilli qansızması, digər xəsarətlər yetirib.
Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onun atasıdır, onlar eyni ünvanda yaşayırlar: “Hadisə günü evə gələn zaman atam başqa şəxsin bank kartına pul yükləməyimi istədi. Həmin əməliyyatı edə bilmədiyimdən atam mənə əsəbləşdi və üzərimə hücum etdi. Bu zaman atamın boğaz nahiyyəsindən tutaraq özümdün qırağa itələdim”.
İş üzrə zərərçəkmiş qismində dindirilən Əfqanın sözlərinə görə, arvadı və oğlu Nadir ilə birlikdə yaşayırlar: “Hadisə günü bazardan gələn zaman satıcıya 5 manat borclu qaldığımdan oğluma həmin pulu göndərməsini xahiş etdim. Lakin oğlum mənə qarşı saymazlıq edərək kobud formada “mən bacarmıram” dedi və arxasını çönərək getdi. Oğlumun bu hörmətsizliyindən əsəbləşərək onun arxasında getdim, dayanmasını istədim. Bu zaman Nadir iki əli ilə mənim boğaz nahiyyəmdən tutaraq möhkəm sıxaraq itələdi. Bu səbəbdən halım pisləşdi və yerə yıxıldım. Nəticədə yüngül bədən xəsarətləri aldım”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb.
Bu səbəbdən Nadirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az