Gəncədə partlayış zamanı xəsarət alan şəxsin son durumu

HADİSƏ 12 may 2025, 16:50
12.05.2024-cü il tarixində saat 14:00 radələrində 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
 
"Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir",- deyə əlavə edilib.
 
Qeyd edək ki, Gəncədə yaşayış binasında partlayış olub.Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top