Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu gün Azərbaycana səfər edəcək. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Politoloq Zeynal Əmrəliyev səfərlə bağlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülərin Azərbaycana səfəri bir neçə mühüm geosiyasi və təhlükəsizlik kontekstində əhəmiyyətli hadisədir:

“PKK-nın 12-ci qurultayında aldığı qərarla 40 illik silahlı mübarizəyə son qoyması və təşkilatın buraxılması Türkiyə üçün tarixi dönüş nöqtəsidir. Bu qərar həbsdə olan lideri Abdullah Öcalanın çağırışı ilə qəbul edilmiş və PKK-nın silahlı mübarizəsinin məqsədinə çatdığını bildirərək, demokratik və siyasi mübarizə yolunu seçdiyini bəyan etmişdir. Bu hadisə, Türkiyə və Azərbaycan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın nəticələrindən biri kimi qiymətləndirilə bilər”.
Politoloq əlavə edib ki, Azərbaycanın antiterror əməliyyatları regionda terror şəbəkələrinin zəifləməsinə səbəb oldu:
“Bu kontekstdə, Yaşar Gülərin Azərbaycana səfəri, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsi və regionda sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Pakistanın həm Türkiyə, həm də Azərbaycanla strateji müttəfiqliyi, regionda üçtərəfli əməkdaşlıq imkanlarını artırır. Bu çərçivədə, Yaşar Gülərin səfəri zamanı Pakistanla birgə layihələr və təhlükəsizlik məsələlərinin müzakirə edilməsi ehtimalı yüksəkdir. Nəticə etibarilə, Yaşar Gülərin Azərbaycana səfəri regionda sülh və sabitliyin təmin edilməsi, terrorla mübarizə və strateji müttəfiqliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Leyla Turan
Demokrat.az