
Pakistanda leysan yağışlardan sonra daşqın və sürüşmə nəticəsində 219 nəfər ölüb, 28 nəfər yaralanıb.
“Qafqazinfo” Pakistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumatda təbii fəlakətlər nəticəsində Hayber Paxtunxva əyalətində 200, Gilgit-Baltistan əyalətində 10, Azad Kəşmir əyalətində isə 9 nəfərin öldüyü açıqlanıb.
Agentlik bildirib ki, sel və daşqınlardan 116 ev təsərrüfatına ziyan dəyib.
Onlar qeyri-sabit hava şəraiti davam etdiyi müddətdə ölənlərin sayının artacağının gözlənildiyini açıqlayıblar.