"Bayrağımız Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olmuş azərbaycanlıların xatirəsinə hörmətin ifadəsidir" — RƏY

GÜNDƏM 12 may 2025, 17:40
Ukraynanın paytaxtı Kiyevdə "İstəklilər koalisiyası" adlı tədbir keçirilib. Avropa ölkələrinin liderləri bu çərçivədə Kiyevə üz tutublar. Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski və digər siyasətçilər nümayişə qatılıblar. Sözügedən anları əks etdirən foto diqqət çəkib. Belə ki Makronla Zelenski söhbət edərkən arxa fonda üç rəngli bayrağımız kadrda əks olunub.
 
Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib ki, Avropa liderlərinin Ukraynaya səfəri zamanı protokola uyğun olaraq, onlar müharibədə həlak olanların xatirəsinə hörmət əlaməti olaraq müəyyən edilmiş abidənin önünə gül dəstələri qoyublar:

“Bu abidənin qarşısında Ukraynanın işğala qarşı mübarizəsində iştirak edən dövlətlərin nümayəndələri də iştirak ediblər. Abidənin ətrafında yerləşdirilən bayraqlar, bu savaşda həlak olanların təmsil etdikləri və ya vətəndaşı olduqları dövlətləri simvolizə edir. Bu kontekstdə Azərbaycan bayrağının da orada olması, Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olmuş azərbaycanlıların xatirəsinə hörmətin ifadəsidir. Fransa Prezidenti Emmanuel Makron və digər liderlər abidəni ziyarət etdikdən sonra orada dayanaraq söhbət aparıblar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top