Bakıda 21 yaşlı oğlan atasına xəsarət yetirdi

KRİMİNAL 12 may 2025, 16:00
Bakının Qaradağ rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 13 mart 2025-ci ildə baş verib. Şirvan şəhər sakini, 2004-cü il təvəllüdlü Həsrət (adlar şərtidir – red.) həmin gün saat 21:30-da atası Abbas ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. 

Yaranmış mübahisə zamanı Həsrət ayağı ilə arasının bədən nahiyyəsinə vurub. Ona döş qəfəsi nahiyyəsindən xəsarətlər yetirib. 

Hadisəni törədən Həsrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. 

Bu səbəbdən Həsrətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top