Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı

KRİMİNAL 10 may 2025, 11:17
Gəncədə həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub.
 
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
 
DİN rəsmisinin sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K. Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 14:25
Top