“Yeşilçam”ın məşhur aktrisası Müjde Ar jurnalistlərlə gərginlik yaşayıb.
Demokrat.az xəbər verir ki, ötən gün jurnalistlər həyat yoldaşı Ercan Karakaş ilə ticarət mərkəzində gəzən aktrisanı çəkməyə çalışıblar.
Müjde Ar niyə çəkdiklərini soruşub, “əsəbiləşirəm, niyə üstümə gəlirsən, qoçusan?” deyərək jurnalistlərə hücum çəkib. Həyat yoldaşı aktrisanı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Jurnalistlər müxbir olduqlarını bildirəndə isə “Belə jurnalist olur? Mən nə bilim sən müxbirsən? Dörd nəfər adam, qara geyimdə, hamınız da saqqallı. Nə bilim bıçaq çıxaracaqsınız, yoxsa tapanca çıxaracaqsınız. Qorxdum” deyib.
Xatırladaq ki, Müjde Ar bir neçə ay əvvəl həyat yoldaşı, sabiq mədəniyyət naziri Ercan Karakaş ilə birgə qəzaya düşmüşdü. Qəzada başından zərbə alan aktrisa “ölümdən döndük” demişdi. (savasmedia.az)