Qazaxıstandan AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı AÇIQLAMA

GÜNDƏM 12 may 2025, 14:04
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır“.

AzPost bildirir ki, bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğundan jurnalistlərə bildiriblər.

“Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün bütün tədbirlər görülür, AZAL-a məxsus mülki sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə aparılır.

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq”, – deyə idarədən bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top