Vaxtında vurulmayan peyvəndin effekti olur? — AÇIQLAMA

GÜNDƏM 12 may 2025, 15:06
"Təcrübə göstərir ki, peyvəndlərin vaxtında olunmaması problemlər yaradır. Bir müddət öncə insanlarda qızılcanın geniş yayılması, insanlarda panika yaranması, yaşlı adamlarda belə qızılcanın rast gəlinməsi təsadüfi hal deyil. Əgər peyvəndlər zamanında olunmasa, insanlar immunitet qazana bilmir. Nəticədə infeksiyon xəstəliklərin insanlar arasında yayılması üçün əlverişli şərait yaranır".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:



"Valideynlər son zamanlar uşaqlarını vaksinasiyadan çəkindirdilər. 13 adda 11-12 yaşa qədər dövrdə bu vaksinlər olması zəruridir. Vaxtında olunmayan qızılca peyvəndi geniş arealda qızılcanın yayılmasına səbəb olur. Həmin anda valideynlər  vaksin üçün yerlər axtarmağa başlayırlar. Bütün bu mənzərənin yaranmaması üçün milli peyvənd planına əməl etmək lazımdır. Peyvənd olmadığı halda viruslar getdikcə forma dəyişir, ətraf mühitə uyğunlaşır. Daha sonra onlarla mübarizə olduqca çətinləşir".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda qızılcaya dair məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top