"Bu il abituriyentlərin sayında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Söhbət minlərlə əlavə müraciətdən gedir. Bu da təbii olaraq rəqabət mühitini kəskinləşdirir. Bir tərəfdən bu, sevindirici haldır. Deməli, gənclərimiz təhsilə can atır, gələcəyini bilik üzərində qurmaq istəyir. Digər tərəfdən isə bu, ali təhsil sistemimiz qarşısında yeni çağırışlar yaradır".
Bu sözləri Demokrat.az-a açıqlasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Deputat bildirib ki, ilk növbədə, keçid ballarında artım müşahidə oluna bilər:
"Çünki daha çox abituriyent eyni sayda yer uğrunda mübarizə aparacaq. Bu isə o deməkdir ki, yüksək nəticə göstərməyən, amma potensiallı gənclər, təəssüf ki, qəbuldan kənarda qala bilər.
Buna görə biz düşünürük ki, dövlət sifarişi əsasında yerlərin artırılması sevindirici haldır, ancaq bununla yanaşı Orta İxtisas və Peşə təhsilində keyfiyyətin artırılması və yeni müasir ixtisasların yaradılması, bu istiqamətdə maarifləndirmə işlərinin də aparılması vacib məsələdir. Eyni zamanda, regional ali təhsil sisteminin inkişafı haqqında düşünmək lazımdır.
Gənclərimizin təhsildən kənarda qalmaması üçün sistemli addımlar atılmalıdır".
Əfsanə Kamal
Demokrat.az