AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə açıqlama: “4 ildir fəaliyyətini dayandırıb”

GÜNDƏM 12 may 2025, 15:54
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.
 
AYNA-dan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
 
“Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib. 
 
Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, - deyə AYNA-dan bildirilib.
 
 
Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 09:56
Top