“Ukrayna və Rusiya arasında Türkiyədə görüş keçirilməsini yüksək dəyərləndirirəm. Türkiyə Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışıqların aparılması üçün əlverişli məkan hesab olunur. Buna qədər ikinci və üçüncü şəxslərin vasitəsilə Türkiyə ərazisində danışıqlar aparılmışdı. Bu gün də Türkiyənin potensialı kifayət qədərdir, nəzərə alaq ki, Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə çox ciddi ortaq maraqları var”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib. O bildirib ki, Türkiyəni bir dialoq platforması olaraq hər iki tərəfin qəbul etməsi yaxşı haldır:

“Bu təşəbbüs Rusiya tərəfindən gəldi. Ukrayna isə bir qədər də irəli gedərək birbaşa iki ölkə rəhbərlərinin üz-üzə danışıqlar aparmasında maraqlı olduğunu bildirdi. Ukrayna və Rusiyada anti-Türk mövqeyindən çıxış edən dairələr var. Türkiyənin vasitəçi rolunu da müəyyən mənada görməzdən gəlirlər. Lakin hər iki ölkənin rəhbərlərinin Türkiyə ilə bağlı çıxışları müsbət haldır. Həm də Türkiyənin regionda artan nüfuzunu bir daha göstərir”.
Deputat qeyd edib ki, Türkiyə müharibənin başa çatmasında həlledici rol oynaya bilər:
“İstənilən müharibə sülhlə yekunlaşır. İndi də sülh üçün kifayət qədər imkanlar var. ABŞ prezidenti D. Tramp bildirdi ki, tərəflər güzəştə getməyi bacarmalıdır. M. Rubio isə qeyd edib ki, tərəflər güzəştlərə hazır deyillər. Bununla belə, mövqelərin yaxınlaşdırılması üçün müəyyən imkanlar var. Görüş hər iki tərəfin tələblərinin dilə gətirilməsi baxımından olduqca vacibdir.Önəmli deyil ki, mütləq ölkə başçıları arasında olsun görüş. Əsas odur ki, bu istiqamətdə işlərə start verilsin. Türkiyənin bu məsələdə rolu həlledici də ola bilər. Tərəflərin mövqelərinin yaxınlaşdırılmasında və münasibətlərin yaxşılaşdırılmasında vasitəçilərin rolu olur, bu cür təcrübələr var”.
Cavidan Mirzəzadə
Demokrat.az