"Bu Paşinyanın hakimiyyətini itirməsinə səbəb ola bilər" — RƏY

DÜNYA 09 may 2025, 18:45
Ermənistan vətəndaşlarının təxminən 86 %-i hesab edir ki, Azərbaycanla sülh sazişi imzalanmazdan əvvəl onun layihəsi ilə tanış olmalıdırlar. Bunu “Gallup International Association”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri əks etdirir.

Bu barədə siyasi şərhçi Əziz Əlibəyli  Demokrat.az-a açıqlama verib.

O deyib ki, burada məsələ sülh çağırışları ilə bağlı deyil:

“Paşinyan hakimiyyəti sadəcə olaraq ictimai məsuliyyəti bölüşmək istəyir. Tutaq ki, sabah sülh müqaviləsi imzalanarsa, bu, cəmiyyət daxilində ciddi təlatümlərə səbəb ola bilər. Hətta bu proses Paşinyanın siyasi nüfuzunu və hakimiyyətini itirməsinə gətirib çıxara bilər.Hazırda həyata keçirilən addımların məqsədi ondan ibarətdir ki, mümkün bir sülh müqaviləsi vəziyyətində ictimai məsuliyyət Paşinyan hökuməti ilə yanaşı, geniş ictimaiyyət arasında da paylaşılmış olsun. Başqa sözlə, ictimai rəy manipulyasiya olunur və bu manipulyasiya vasitəsilə gələcəkdə baş verə biləcək neqativ reaksiyaların qarşısı alınmağa çalışılır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top