Bakıda maşın sürüşərək hasara çırpıldı

HADİSƏ 05 may 2025, 09:11
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, İlqar Musayev küçəsində qeydə alınan qəzada "Mercedes" markalı maşın dəmir hasara çırpılıb.

İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.

Qəza nəticəsində maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top