Paytaxt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR — VİDEO

SOSİAL 04 may 2025, 11:27
Son illər Bakıda 400-ə yaxın yeni park salınıb və mövcud parkların bir qisminin ərazisi genişləndirilib.

Demokrat.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, "Sevgililər Parkı"nın ərazisi də genişləndiriləcək. Belə ki, parkın yaxınlığında yerləşən boş sahələr də onun inzibati ərazisinə daxil ediləcək.

Bundan əlavə, paytaxtda 5 hektar ərazidə yeni parkın salınması üçün layihə hazırlanacaq. Eyni zamanda, Bakı şəhərində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top