YapiKredi Müraciət Forması
Sosial

"Embafinans"ın rəhbərinə yeni müşavir təyin edildi

Embafinansın rəhbərinə yeni müşavir təyin edildi

Bank Olmayan Kredit Təşkilatı (BOKT) "Embafinans" QSC-nin direktoruna müşavir təyin edilib.

Demokrat.az xəbər verir ki, Plat.az-ın əlsə etdiyi məkumata görə, bu vəzifə Elçin Nəsibova həvalə olunub.

E.Nəsibov bundan öncə "Azərbaycan Sənaye Bankı" ASC-də insan resursları üzrə menecer olub.

Qeyd edək ki, "Embafinans"ın direktoru Nahid Hüseynovdur. Bundan bir müddət əvvəl Namiq Abbasov və Sevinc Yusubova-Muradova da BOKT-un direktorunun müşaviri təyin edilib.

Xatırladaq ki, "Embafinans" QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır. Şirkətin əsas səhmdarı Elşad Abbasovdur. O, BOKT-un səhmlərinin 86%-nə sahibdir. Səhmlərin qalan 14%-i Tamara Polyakovaya məxsusdur. E.Abbasov eyni zamanda "Embawood" mebel şirkətinin təsisçisidir.