Trampın zarafatı sərt tənqid olundu

DÜNYA 04 may 2025, 11:02
ABŞ Prezidenti Donald Tramp Roma Papası qiyafəsində fotoşəklini paylaşdıqdan sonra katolik yepiskoplar tərəfindən sərt tənqidə məruz qalıb.

Demokrat.az BBC-yə istinadla xəbər verir ki, Nyu-Yordakı yepiskopları təmsil edən katolik konfransı Ağ Evin rəhbərini dini ələ salmaqda ittiham edib:

"Bu təsvirdə ağıllı və ya gülməli heç nə yoxdur, cənab prezident. Biz yenicə sevimli Papa Fransiski dəfn etmişik. Bizi lağa qoymayın".

Bundan başqa İtaliyanın keçmiş Baş naziri Matteo Rentsi də ABŞ liderinin paylaşımını tənqid edib:

"Bu təsvir dindarları təhqir edir, institutları təhqir edir və göstərir ki, sağ dünyanın lideri gic-gic zarafat etməyi xoşlayır".

Xatırladaq ki, D.Tramp süni intellektdən istifadə edərək Roma Papası qiyafəsində fotoşəklini "Trump Social" sosial şəbəkə hesabında paylaşmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top