Hazırda Azərbaycanda quru sərhədlər rəsmi olaraq bağlıdır və açılması ilə bağlı konkret tarix açıqlanmayıb. Bəzi məlumatlara görə, Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası planlaşdırılır. Bu, Gürcüstanla quru sərhədin mərhələli şəkildə açılmasına işarə ola bilər.
Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bunu hər kəs anlamalı və bilməlidir ki, təhlükəsizlik məsələsi ən öndə gedir:
“Nəzərə almalıyıq ki, burada əsas hədəf təhlükəsizliyin təmin olunması və qorunmasıdır. Dövlət bunu anlayır. Ona görə, Gürcüstanla bu məsələlər müzakirə edilməkdədir. Yəqin ki, bu barədə daha geniş reaksiya veriləcək və daha geniş münasibət bildiriləcək.
Düşünürəm ki, bu, zamanla həllini tapacaq bir məsələdir. Və bu istiqamətdə dövlət özü də maraqlıdır. O anlamda düşünürəm ki, səbirli olmalıyıq. Uyğun zamanda dövlət özü qərar qəbul edəcək və belə bir addımın atılmasına baxacaq. Hələ ki, təmkinli olmalı və gözləməliyik”.
Leyla Turan
Demokrat.az