Nə qədər mütəxəssisə ehtiyac varsa, o qədər qəbul həyata keçirilməlidir" — Deputatdan TƏKLİF

GÜNDƏM 31 iyul 2025, 20:50
"Yeni qəbul olan tələbələrin sayının müəyyənləşməsi üçün bir kvota fikirləşməliyik. Yəni bizim hansı sahədə, nə qədər mütəxəssisə ehtiyacımız varsa, o qədər müəllim və ya digər sahələr üzrə qəbul həyata keçirməliyik".

Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, əgər müəllimlik ixtisası üzrə azaldılma real tədqiqat əsasında həyata keçirilibsə, bu doğru bir qərardır:

"Əgər bizim il ərzində min nəfər müəllimə ehtiyacımız varsa, biz nə üçün 500 müəllimi məzun etməliyik və sonra onlar işsiz və dövlətdən narazı qalmalıdır? Digər sahələrdə də hesab edirəm ki, ciddi araşdırmağa ehtiyac var ki, hansı sahədə bizim nə qədər mütəxəssisə ehtiyacımız var, ona yaxın həddə tələbəni məzun etməliyik. 

Burada söhbət ondan gedir ki, bu real vəziyyət təhlil olunduqdan sonra verilmiş qərardırsa, bu qərar doğru qərardır. Əgər heç bir araşdırma aparılmadan həyata keçirilibsə, düşünürəm ki, bu, gələcəkdə müəllimlərlə bağlı müəyyən çətinliklər yarada bilər. Ona görə mən düşünürəm ki, biz, ümumiyyətlə bu prosesi ciddi təhlil etməliyik və bir kvota müəyyənləşdirməli, hər il hansı sahədə bizə mütəxəssis lazımdırsa, o qədər mütəxəssis məzun etməliyik. 
Bu ciddi və mütləq şəkildə nəzərə alınmalı mövzudur və ona uyğun addımlarımızı davamlı olaraq atmalı, tədbirlərimizi həyata keçirməliyik".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top