Şəmkir rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin fevralın 27-də rayonun Dəllər qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Anar Əliyev həmin gün saat 11 radələrində özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində, lakin qardaşı Fizulinin adına olan 0,06 ha torpaq sahəsində olarkən sonuncunun həmin torpaq sahəsinə “Kamaz” markalı yük avtomobili ilə mişar daşları tökdürməsinə iradını bildirib.
Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı əlində olan balta ilə zərərçəkmiş şəxs bir dəfə sağ çiyin nahiyəsindən vurub.
Bundan başqa o, qardaşına ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən kənarlaşdırıb və “Kamaz” markalı yük avtomaşını ilə gətirdiyi mişar daşlarını yığışdıraraq aparmayacağı təqdirdə onu balta ilə öldürəcəyini bildirib.
Hədənin real əsaslarla icra ediləcəyini nümayiş etdirmək məqsədilə baltanın kəsici hissəsini qardaşının həyat üçün vacib olan orqanları istiqamətində yönəltməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələyib.
Hadisəni törədən A. Əliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Ailəliyəm, 2 övladım var. 1-ci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıyam. Zərərçəkmiş şəxs mənim qardaşımdır. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan münasibətlərimiz mülki mübahisə səbəbi ilə pisləşib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Dəllər qəsəbəsi ərazisində ona məxsus 0,6 hektar torpaq sahəsi olub: “Həmin torpaq sahəsi mərhum atam Əşrəf Əliyevin yaşadığı evin həyətyanı sahəsinə yaxın ərazidə yerləşir. Həmçinin mərhum atamın yaşadığı evin həyətyanı sahəsinə bitişik 0,6 hektar torpaq sahəsi yaşadığımız qəsəbə sakinin adına olub. Həmin vaxt Dəllər qəsəbə ərazisində yerləşən özümə məxsus 0,6 hektar torpaq sahəsini qəsəbə sakininə məxsus 0,6 hektar torpaq sahəsi ilə dəyişən zaman arvadımla rəsmi olaraq boşandım. Həmin vaxt arvadım məndən torpaq tələb etməsin deyə aldığı torpaq sahəsini qardaşım Fizuli Əliyevin adına rəsmiləşdirdi. Lakin hazırda qardaşım həmin torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək, aramızda mübahisələri baş verir”.
A.Əliyevin sözlərinə görə fevralın 27-də, saat 11 radələrində yaşadığı evin həyətyanı sahəsində qurumuş ağacların budaqlarını kəsən zaman sözü gedən torpaq sahəsinə bir “Kamaz” daş tökülməsini görüb: “Həmin vaxt “Kamaz” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşaraq həmin torpaq sahəsinin mənə məxsus olmasını iddia etdim, daş tökməsinə öz etirazımı bildirdim. Həmin vaxt qardaşım məni təhqir edən zaman əsəbi olduğum üçün yumruğum ilə onu vurdum. Həmin vaxt qardaşımla bir-birimizə vuraraq yerə yıxıldıq. Dalaşan zaman balta mənim digər əlimdə olub. Zərərçəkmiş şəxsi öldürməklə hədələməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onların mübahisə etmələrini görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü onlara yaxınlaşıb və onun əlində olan baltanı alıb: “Sürücü yaxınlaşaraq mənimlə işi olmadığını deyərək baltanı istədi. Baltanı verəndən sonra qardaşım hadisənin baş verdiyi yerdən qaçaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi və baş vermiş hadisə ilə bağlı məlumat verdi. Daha sonra hadisənin baş verdiyi əraziyə Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi və polis serjantı gəldi. Həmin vaxt əlimdə olan baltanı polis əməkdaşlarına təqdim etdim”.
İş üzrə zərərçəkmiş F. Əliyevin sözlərinə görə, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, 2-ci qrup əliləm. Ailəliyəm, 2 övladım var. Təqsirləndirilən şəxs mənim qardaşımdır. Qardaşım ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan mülki mübahisə səbəbi ilə münasibətlərimiz pisləşib. Qəsəbə ərazisində mənə məxsus 0,6 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsini 6 iyun 2016-cı ildə qəsəbə sakinindən 5000 manata alaraq öz adıma rəsmiləşdirmişəm. Lakin qardaşım həmin torpaq sahənin onun özünə məxsus olmasını iddia edərək, mənimlə mübahisə edir”.
Zərərçəkmiş qeyd edib ki, fevralın 27-də, saat 11 radələrində həmin torpaq sahəsinə bir “Kamaz” daş tökdürüb: “Həmin vaxt həmin torpaq sahəsinə daş tökdürməyimi görən qardaşım əlinə balta alaraq mənə tərəf yaxınlaşdı və əlindəki baltanın tutacaq yeri ilə bir dəfə çiyin nahiyəmə vurdu. Qardaşım yenidən əlində olan balta ilə məni vurmaq istəyən zaman özümü müdafiə etmək üçün həmin baltanın tutacaq yerindən tutdum. Həmin vaxt hər ikimiz yerə yıxıldıq. Yerə yıxılan zaman sağ qılçamdan xəsarət aldım. Daha sonra mübahisə etməyimizi görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü yaxınlaşaraq, qardaşımı əlində olan baltanı ondan aldı. Lakin o, yenidən baltanı əlinə alaraq məni öldürməklə hədələdi, mənə tərəf gəldi. Daha sonra mübahisənin qarşısını almaq məqsədilə həmin yerdən qaçdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A. Əliyevə hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az