Aprel pensiyaları tam ödənildi

SOSİAL 22 aprel 2025, 13:57
Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 14:40
Top