Azərbaycan Milli Xalça Muzeyində İsveçrə və Azərbaycan arasında mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və muzeylərdə inklüzivliyin gücləndirilməsinə töhfə vermək məqsədilə yeni layihə həyata keçirilir.
Demokrat.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyi və İsveçrə Qadınlar və Emansipasiya Assosiasiyasının birgə əməkdaşlığına əsaslanan layihə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün daha əlçatan və faydalı muzey mühiti yaratmağı hədəfləyir.
İki aylıq layihə çərçivəsində autizmli uşaqlar və “Azərbaycan uşaqları” İctimai Birliyinin üzvləri üçün Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalçatoxuma üzrə ustad dərsləri keçirilir. Həmçinin burada İsveçrə Qadınlar və Emansipasiya Assosiasiyasının Süni intelekt və incəsənət proqramları layihələrinin kuratoru Valeria Biben tərəfindən xüsusi təlim təşkil olunur.
Təlim Assosiasiyanın süni intelekt vasitəsilə xalça eskizinin hazırlanması üzrə tədris proqramına əsasən keçirilir. Bu yeni metodologiya uşaqlara ənənəvi xalça sənətini müasir və interaktiv şəkildə öyrənmək imkanı verməklə yanaşı, onlara yaradıcı və praktiki təhsil təcrübəsi qazandırır.
Qeyd edək ki, layihə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün əlçatanlıq sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin təmin edilməsi, mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi, İsveçrə və Azərbaycan arasından tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir.