“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək”.
Demokrat.az bildirir ki, bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
Rəşad Əzizov qeyd edib ki, proses kino sənayesinin inkişafına böyük təkan verəcək:
“Təsdiq edilmiş qərar nəticəsində yeni iş yerləri formalaşacaq, mədəni yaradıcı sənayelərin kino sahəsində həcmi artacaq. Geri ödəniləcək xərclərin 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir. Bununla da yerli şirkətlər yüksək keyfiyyətə malik avadanlıqların istehsalına təkan verə biləcək".
O həmçinin bildirib ki, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsində əsas məqsəd yerli kino sənayesində avadanlıqların daha keyfiyyətli avadanlıqlarla əvəz edilməsinə pul ayıra bilməkdir.
Cavidan Mirzəzadə
Demokrat.az