Azərbaycan Aktyorlar Agentliyinin siması, gənc aktyor Sənan Əlləz daha bir ugura imza atıb.
Gənc aktyorumuz Özbəkistan Baş prokurorluğunun sifarişi ilə “Cinekino productionun” istehsalı olan “Cənab prokuror” tammetrajlı bədii filmində baş rolda çəkilir. Ulusal.az xəbər verir ki, gənc aktyorumuz bu filmdə, prokuror polkovnik-leytenant Şirzad Rəsulov obrazını canlandırır. Film prokurorluq işçilərinin cinayətkarlarla apardığı mübarizəyə həsr olunub.
Filmin quruluşçu rejissoru Rüstəm Saqdiyevdir, quruluşçu operatoru Rüstəm Yuldaşov, quruluşçu rəssamı Axrolxoca Suluxocayevdir. Filmdə Rusiya və Dağıstanın əməkdar artisti tanınmış özbək aktyoru Fərhad Mahmudov, Rəşid Şadat, Feruza Sabitova, Şəhla Tumurova, Babur İmamov, Murad Nasimov və digərləri çəkiliblər. Filmin premyerası bu ilin sonuna nəzərdə tutulub.
Qeyd edək ki, tanınmış aktyor Sənan Əlləz çoxsaylı filmlərdə rol alıb.
Sənan Əlləz “Şeyx Sənan” çoxseriyalı bədii filmində “Şeyx Sənan” rolunda, “Köşk” bədii filmində baş rolda, “Tağıyev” bədii filmində isə baş rollardan birini oynamaqla kinosevərlərin rəğbətini qazanıb. Xatırladaq ki, Sənan Əlləz Rusiya istehsalı olan “Konstantinapol-izqoi” seriyalında baş rollardan birini oynamaqla rusiyalı kinosevərlərin də sevimlisinə çevrilib.