Arıqlama iynəsinin istehsalı dayandırılıb

DÜNYA 14 aprel 2025, 21:22
Pfizer əczaçılıq şirkəti "Ozempic" dərmanının analoquna çevrilməli olan piylənmə dərmanı Danuglipronun hazırlanmasını dayandırır. 

Demokrat.az x
əbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, tədqiqatlardan birində iştirak edən bir şəxs dərmanın səbəb olduğu qaraciyər zədəsi ilə üzləşib.

Şirkət qeyd edib ki, dərman metabolik xəstəliklərin müalicəsində istifadə edilməli idi. Pfizer əvvəllər dərmanın hazırlanmasını iki dəfə dayandırıb. Bu, tədqiqat iştirakçıları arasında ürəkbulanma və qusma hallarının  yüksək olması səbəbindən aparılır. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top