Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı — Vəziyyəti ağırdır

HADİSƏ 14 aprel 2025, 17:20
Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.
Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top