Şamaxı rayonunda 1974-cü il təvəllüdlü Qafur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Həcərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 oktyabr 2024-cü ildə Şamaxı rayonunun qəsəbəsində baş verib.
Şamaxı rayon sakini Qafur həmin gün saat 18 radələrində yaşadıqları evin hamamında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla arvadının burun nahiyəsindən qəsdən bir dəfə vurub. Ona xəsarətlər yetirib.
Hadisəni törədən Qafurun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qafur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Həcər ilə 2007-ci ildə ailə həyatı qurublar: “Birgə nigahımızdan üç övladımız dünyaya gəlib. Həyat yoldaşım ilə münasibətlərimiz həmişə yaxşı olub, aramızda heç bir münaqişə və ya dava-dalaş olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü axşam saat 18 radələrində yaşadığı Şamaxı rayonunun qəsəbəsində yerləşən evə gəlib və evə gəldikdən sonra heyvanlara yemək verib: “Həyat yoldaşım hamamın peçini yandırmadığı üçün onunla aramızda mübahisə oldu. Çimmək məqsədi ilə hamamın peçinə odun ataraq qaladım. Bundan sonra həyat yoldaşım evdən hamama isti su gətirdi. Mən başımı yudum, daha sonra bədənimi yuyarkən həyat yoldaşıma “əgər sən bir saat əvvəldən hamamı qalasaydın, mən də normal isti hamamda çimərdim” söylədim. Bu zaman Həcər mənə “telefonun zaryatkası qurtarır, tez çim çıx” dedi. Bundan əsəbləşərək, sağ əlimin arxası ilə bir dəfə onun burnunun üstündən vurdum. Bundan sonra Həcər hamamdan çıxaraq evə getdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü diş həkiminə gedərək dişini çıxartdırıb, həmçinin evin işıqları söndüyündən çox əsəbi olub: “Həyat yoldaşım Həcərin hamamın peçini yandırmamasını gördüm, daha da əsəbləşdim. Həcəri sağ əlimin arxası ilə cəmi bir dəfə yaşadığımız evin hamamının içində vurdum. Hadisə təxminən 3-5 dəqiqə ərzində baş verdi. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Həcərin sözlərinə görə, hadisə günü saat 18 radələrində həyat yoldaşı Qafur yaşadıqları evə gəlib, heyvanlara yem düzəldərək verdikdən sonra çimmək istəməsini söyləyib: “Qızım ilə birlikdə Qafur hamamın peçinə odun ataraq qaladılar. Daha sonra mən evdə peçdə isitdiyim suyu hamama gətirdim və həyat yoldaşıma suyun isti-soyuqluğuna baxmasını söylədim. Suyun isti-soyuqluğuna baxdıqdan sonra mən vedrə ilə suyu Qafurun başına tökdüm, o da başını yudu. Hamamda işıq yanmadığı üçün mən telefonla işıq tutdum. Qafur bədənini yuyan zaman telefona baxdım və “telefonun zaryatkası azdır, tez çim” dedim. Mən bu cümləni söyləyən kimi, Qafur sağ yumruğu ilə burnumun üstündən vurdu. Mənim burnum qanadı. Məni vurandan sonra həyətə çıxdım və evə getdim”.
Zərərçəkmiş qeyd edib ki, Qafurun bacısı Sevil bu zaman evdə olub və Sevil əlində olan parça ilə onun sifətinin qanını silib: “Bundan sonra mən bu barədə anama məlumat verdim. Anam da bizə gəldi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdikdən sonra Qafurun anası şikayət ərizəsi verməməyim üçün məndən təkidlə xahiş etdi. Mən isə polis əməkdaşına şifahi olaraq özümün Şamaxı rayon polis şöbəsinə yaxınlaşaraq şikayət ərizəsi verəcəyimi bildirdim. Həmçinin övladımın yanında şikayət ərizəsi yazmaq istəmədim. Daha sonra burnum çox ağrıdığından Şamaxı rayon Diaqnostika mərkəzinə müraciət etdim. Diaqnostika mərkəzində mənə burun sümüyümün sınmasını söylədilər. Bu səbəbdən həyat yoldaşımdan şikayətçi oldum”.
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qafurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az