Aparıcı Azər Zahidlə yanaşı, "Rosh life" ləqəbli tiktokerin də HƏBS MÜDDƏTİ UZADILDI

KRİMİNAL 15 aprel 2025, 14:05
"TikTok" əməliyyatları çərçivəsində saxlanılan "Rosh life" ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, onun da həbs müddəti üç ay uzadılıb.

***13:46

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.

Demokrat.az  APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top