Makiyaj vasitələrində mikrob riski

MARAQLI 12 aprel 2025, 19:54

London Metropolitan Universitetinin müəllimləri makiyaj məhsullarının gigiyena səviyyələrini ölçüb.

Axşam.az xəbər verir ki, onlar bununla bağlı diqqətli olmağı tapşırıblar. Bildirilib ki, makiyaj materialları mikrob yaya və istifadəçinin sağlamlığına zərər verə bilər.

Müəllimlərin sözlərinə görə, makiyaj vasitələrinin son istifadə tarixlərinə diqqət yetirilməlidir. Açıq qalan materiallar risk yarada bilər, makiyaj etməzdən əvvəl əllər yuyulmalıdır.

Eyni zamanda makiyaj zamanı istifadə olunan fırça və digər vasitələr tez-tez yuyulmalıdır. Əks halda üzə mikrob sala, ciddi problemlərə yol aça bilər. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top