Ağız sağlamlığı zəif olan qadınlarda miqren, qarın ağrısı və bədən ağrıları riski artır.
Demokrat.az xəbər verir ki, bu, Sidney Universiteti alimlərinin araşdırması zamanı aşkar edilib.
Araşdırmanın nəticələri “Frontiers in Pain Research” (FPR) jurnalında dərc olunub.
Tədqiqata sağlam qadınlar və fibromiyaljisi olanlar daxil olub. Fibromiyaljinin ümumi simptomu miqrendir.
Birinci mərhələdə alimlər ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) xüsusi sorğu vərəqəsindən istifadə edərək iştirakçıların diş və diş ətinin vəziyyətini qiymətləndiriblər.
Tədqiqatçılar ağız mikrobiomunun tərkibinə xüsusi diqqət yetiriblər.
Nəticələr göstərib ki, ağız sağlamlığı ən pis olan iştirakçılar orta və ya şiddətli bədən ağrıları ilə qarşılaşma ehtimalı 60 faiz, miqrenlərdən şikayətlənmə ehtimalı isə 49 faiz daha çoxdur.
Dialister, Fusobacterium, Parvimonas və Solobacterium cinsindən olan dörd növ fürsətçi bakteriya ağrı sindromunun inkişafı ilə əhəmiyyətli dərəcədə əlaqəli olub.
Elm adamları ağız mikrobiomunun pozulmasının xroniki ağrıya necə səbəb olduğunu hələ dəqiq müəyyən edə bilmirlər.
Tədqiqatçılar xatırladıblar ki, mikrob balansını qorumaq üçün hər gün fırçalamaq və diş ipi sürtmək, həmçinin şirin qidalara həddən artıq aludə olmamaq lazımdır.
Əfsanə Kamal
Demokrat.az