Qubada sürüşmə: Məktəb yolu bağlandı — FOTOLAR

HADİSƏ 12 aprel 2025, 23:57
Qubanın ucqar Güləzi kəndində 15-20 il əvvəl baş verən sürüşmə ocaqlarıında yenidən aktivləşmə müşahidə olunur. İllər öncə kəndin bir hissəsinin köçürülməsinə səbəb olan sürüşmə kənddə ciddi fəsadlar yaratmağa başlayıb.

Bizim.Media xəbər verir ki, evlərdə çat yaranıb, kəndin əsas giriş-çıxış hissəsi, məktəb yolu bağlanıb.

Hadisə yerində Quba FHK-nın üzvləri araşdırmaya başlayıb.

Aidiyyatı qurumlara sürüşmə barədə məlumat verilib. Sürüşmə ocaqları diqqət mərkəzində saxlanılır. Torpaq sürüşməsinin canlanmasına son günlər bölgədə müşahidə edilən yağıntılı havaların səbəb olduğu deyilir.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top