Şimali Koreya süni intellekt texnologiyalarından istifadə edilən orta mənzilli strateji raketi sınaqdan keçirib.
Pxenyanın iddiasına görə, raket aşağı hündürlükdə uçuş trayektoriyasını dəyişə və bir neçə uçuş rejimində hərəkət edə bilir.
Sınağı Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib.
Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə rəhbərinin müavini Kim Yo Çjon isə bildirib ki, Cənubi Koreya və Yaponiya raketin uçuşunu izləyə bilməyib. (bizim.media)


