İdman

Messi rəsmən bu klubun sahibi oldu - "Futbol imperiyası" qurur

Messi rəsmən bu klubun sahibi oldu - Futbol imperiyası qurur

Argentina millisinin və "Inter Mayami"nin ulduzu Lionel Messi İspaniya futbolunda yeni addım atıb.

Demokrat.az xəbər verir ki, 39 yaşlı futbolçu İspaniya ikinci liqasında çıxış edən "Eldense" klubunu rəsmən satın alıb. Klubun əvvəlki sahibi Kolumbiya və İsveçrədəki digər futbol layihələrində də payı olan Kolumbiyanın "Grupo TH" investisiya qrupu olub.

"Eldense" klubun satışının baş tutduğunu təsdiqləsə də, anlaşmanın qüvvəyə minməsi üçün İspaniya Milli İdman Şurasının (CSD) rəsmi təsdiqi tələb olunur.

Bu satınalma Messinin İspaniyada ilk peşəkar futbol klubu sahibi olması baxımından diqqət çəkir. Argentina futbolçusu bu ilin əvvəlində İspaniyanın beşinci liqasında çıxış edən "Cornella" klubunu da satın almışdı. Lakin həmin komanda yarıpeşəkar statusundadır.

Klubdan Messinin gəlişi ilə bağlı bildirilib ki, bu addım uzunmüddətli inkişaf layihəsinin başlanğıcıdır:

"İdman tarixinin ən mühüm simalarından birinin CD Eldense-nin sahibi kimi İspaniya peşəkar futboluna gəlişi klubun idman, institusional və sosial inkişafını irəli aparmağa yönəlmiş uzunmüddətli layihənin başlanğıcını göstərir".

Beləliklə, Messi futbolçu karyerası ilə yanaşı, klub sahibliyi sahəsində də fəaliyyətini genişləndirməyə davam edir.

Jalə