Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyanın Starlink-ə analoq olaraq hazırladığı "Rassvet" peyk sisteminə qarşı sanksiyalar tətbiq etməsini istəyib.
Zelenski bu barədə "Financial Times"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya Çinin dəstəyi ilə "Rassvet" adlı peyk rabitə sistemi üzərində işləyir. Sistem bu ilin sonuna və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər.
Zelenski bildirib ki, yeni sistem Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarının idarə edilməsini və zərbələrin dəqiqliyini yaxşılaşdırmağa imkan verəcək.
Ukrayna lideri bu səbəbdən Vaşinqtondan "Rassvet" sisteminin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulmasını istəyib. (bizim.media)


