Mədəniyyət

"Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin" - VİDEO

Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin - VİDEO

Meyxanaçı Ağamirzə Məmmədov vəsiyyətini açıqlayıb.

Sənətçi bu barədə "MTV"yə açıqlamasında danışıb. Ağamirzə bildirib ki, dünyasını dəyişdikdən sonra övladlarından onun üçün ağlamamalarını, dua etmələrini istəyib:

"Dünyamı dəyişəndə balalarıma demişəm, ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahını bağışlayın. İnsanlara deyirəm, gəlib yasımda 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin. Yasımda yemək verilməsin, vəsiyyət etmişəm. Bir stəkan çay için, "Allah rəhmət eləsin" deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Bu mənim vəsiyyətimdir".

NE
Nihadə Eyyubova