Mədəniyyət

"Oğlumun toyuna baxmamışam, "Bala başa bəla" tamaşasına isə 6-7 dəfə baxmışam"

Oğlumun toyuna baxmamışam, Bala başa bəla tamaşasına isə 6-7 dəfə baxmışam

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib.

Demokrat.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb.

"Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mən Söylü ola bilmərəm. Amma onu çox sevirəm".

Aktrisa öz tamaşalarını sonradan izləməsi məsələsinə toxunub:

"Etiraf edim ki, mən oğlumun toyuna baxmamışam. "Bala başa bəla" tamaşasına isə 6-7 dəfə baxmışam".

A.Bəşirqızı tənqidlərdən də söz açıb:

"Bu da bekarçılıqdan, savadsızlıqdan irəli gəlir. İnsan əli ilə qazdığı quyuya düşüb, başqalarını da salır. Ən yaxşı tənqidçi elə özüməm. Bilirəm ki, nəyi düz etdim, nəyi yox".

NE
Nihadə Eyyubova