Şou-biznes

"Qabırğalarımı sındırtmaq istəyirəm" - VİDEO

Qabırğalarımı sındırtmaq istəyirəm - VİDEO

Bəzən elə bir an yadına düşür ki, gülümsəyirsən, amma için ağlayır. İnsan hər düşdüyü andan güc alır. Müəyyən illər keçir və elə bilirlər ki, daşlaşmısan. Xeyr, divar hörürsən ki, məni belə tanısanız, yaxşıdır. Artıq zamanı, dövrü yox, insanları qınayıram. Dərdini danışırsan və ehtiyatlı olmalısan. Kimin yanında hansı yaranı göstərdiyini bilməlisən ki, səni sonra qınamasın. Böyük danışmayım. Yalandan özümü mələk kimi göstərə bilmərəm. Bəlkə də qınadığım hansısa insanın yerində olsam, eynisini edərəm".

Bu sözləri müğənni Ayan Babakişiyeva "Sevilən səhər" proqramında deyib. Sənətçi həyatından, son günlər ağlayan yerdə yayımladığı videolardan danışıb.

Ayan estetik əməliyyatlarını da sadalayıb. O bildirib ki, 3 dəfə plastik əməliyyat etdirib:

"Üzümdə botoks belə yoxdur. Həyatımda bir dəfə botoks etdirmişəm, o da alınmadı. Beş il əvvəl olub. Gözüm aşağı düşməyə başladı. Məndə cavanlıq toxumları aktivdir. Ona görə iynə vurdular, botoks əridi.

Dörd il əvvəl göz dartdırma əməliyyatı etdirmişəm. Bir ildən sonra yenidən düşdü. Estetik həkim dedi ki, alınmayacaq. Saçımı yığanda çox dartırlar. Burun estetikasında da olmuşam.

Dodaq və çənə dolğusu etdirmişəm, bunu dana bilmərəm. Bədən nahiyəmdə plastik əməliyyat da etdirmişəm. Bel nahiyəm yox idi, etdirdim. Qabırğamı sındırmaq istəyirəm. Amma həkim razılaşmır. Hazırda 47-49 kiloqramam. Üç dəfə estetik əməliyyata girmişəm, bunu danmıram".

NE
Nihadə Eyyubova